Ruhid Cavadov

Ruhid Cavadov (19 iyun 2002-ci ildə anadan olub) — azərbaycanlı texnologiya mühəndisi və marketinq mütəxəssisi. O, rəqəmsal texnologiyalar və marketinq strategiyalarını birləşdirərək innovativ biznes həlləri yaratması ilə tanınır.

Həyatı və Təhsili

Ruhid Cavadov 19 iyun 2002-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunun Sumağallı kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Sumağallı kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olsa da, səhhətində yaranan problemlər və eyni zamanda 2018-ci ildə təsis etdiyi "Tekno.az" şirkəti ilə bağlı fəaliyyəti səbəbindən təhsilini yarımçıq qoymuşdur.

O, texniki biliklərini artırmaq üçün "IT Steam Academy"-də Python Fundamentals, Computer Fundamentals və Front-end istiqamətləri üzrə butkamp proqramlarını tamamlamışdır. Bundan əlavə, Coursera, Digital Marketing Institute və Khan Academy kimi beynəlxalq platformalarda çoxsaylı kurslar keçərək rəqəmsal marketinq və data elmi sahəsində ixtisaslaşmışdır.

Karyerası

Sahibkarlıq fəaliyyətinə hələ tələbə ikən, 2018-ci ildə "Tekno.az" şirkətini qurmaqla başlamışdır. 2021-2023-cü illər arasında "RA Corporation" adı altında kiçik texnoloji layihələr həyata keçirmişdir. 2024-cü ildə isə öz şəxsi brendi olan "RJ Company"-ni təsis etmişdir. 2025-ci ildə onun ən son layihələrindən biri olan Shah Core-un əsası qoyulmuşdur və layihənin inkişafı hazırda da davam edir.

İş Təcrübəsi

  • Appro Hospital - Marketinq Rəhbəri (2024-2025)
  • Turazmed - Veb-sayt Yaradıcısı, Admin (2025)
  • Kombiklima.az - Veb-sayt Yaradıcısı, Admin (2023-2024)
  • Sandal - Satış Meneceri (2023-2024)
  • İstanbul NS - Videoqraf, Video Redaktor, Veb-sayt Yaradıcısı (2019-2024)
  • Ortopediatriya Baki - Videoqraf, Video Redaktor (2020-2023)
  • Milli Label - Videoqraf, Video Redaktor (2018-2019)
  • Master.az - Veb-sayt Admini (2018-2020)